Cəbhədə vəziyyət gərginləşdi

12 Oktyabr 2012 05:03 (UTC+04:00)
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, cəbhədə vəziyyət gərginləşib. Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində, Ağdam rayonunun işğal olunmuş Mərzili, Yusifcanlı, Qaraqaşlı və Sarıcalı, Tərtər rayonunun Göyarx və Çaylı, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az