Goranboyda restoran yandı

12 May 2015 09:03 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı FHN yayıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 324 kv.m olan birmərtəbəli restoranın 1 otağının lambirdən ibarət tavanı 100 kv.m sahədə yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.