Bakıda 56 yaşlı kişinin meyiti tapıldı

12 May 2015 09:07 (UTC+04:00)

AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə baxış keçirərkən 1959-cu il təvəllüdlü Mehman Hüseynovun cəsədi müəyyən olunaraq aidiyəti üzrə təhvil verilib.