İranın daha bir borc QALMAQALI

12 Oktyabr 2012 05:22 (UTC+04:00)


Bosniya-Hersoqovina Hava Yolları ilə ortaqlıqdan 19.2 milyon dollar ziyana düşən Türk Hava Yolları İranla da ciddi problemlər yaşayır.

THY İrandan 50 milyon dollar borcunu geri ala bilmir. Səbəb İranda yaşanan valyuta böhranıdır. Məsələ Cümhuriyyət Xalq Partiyasının millət vəkili Umut Oranın Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə müraciətindən sonra ortaya çıxıb.

Millət vəkilinin bildirdiyinə görə, Türk Hava Yolları İrandan 50 milyon borcunu geri almayıb. Problemin həllinə nail olmaq üçün THY-nın rəhbəri Həmdi Topçu İrana səfər etsə də nəticə əldə edilməyib.

Alpər
AzNews.az