Putin bu gün Kerri ilə görüşəcək – Soçidə

12 May 2015 11:40 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, görüşdə Qərbin və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar müzakirə edilməyəcək.

Soçidə ABŞ-lı diplomatla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da görüşü nəzərdə tutulub.


Tərəflərin rəsmi Moskva ilə Vaşinqtonun arasında olan problemlərdən danışacağı gözlənilir.