“Tural Abbaslı qisas alır” – Müsavatdan sərt reaksiya

12 May 2015 12:59 (UTC+04:00)
Bunu AzNews.az-a Müsavat Partiyasının başqan müavini, Divan üzvü Osman Kazımov Tural Abbaslının "Əminəm ki, Rəsulzadə sağ olsaydı, onu da partiyadan çıxarardılar" fikrinə münasibət bildirərkən deyib.

O.Kazımov hesab edir ki, T.Abbaslı gündəmdə qalmaq üçün bu addımı atıb: "O, Məclisə seçilə bilmədi, Müsavat Partiyasının qurultayında da çox ciddi məğlubiyyətə uğradı. İndisə qisasçılıq mövqeyindən danışmaqla əvəz çıxmaq istəyir. Müsavat Partiyasından heç kimi qisasçılıq və şəxsi münasibətlər zəminində çıxarmayıblar. Çıxarılanlar nizamnamə qaydalarını kobud sürətdə pozanlardır".

Divan üzvü Azərbaycan Demokratiya və Rifah Hərəkatı haqda da danışıb: "Müsavata qarşı yaradılan bu qurum partiyamızın üzvlərini aşağılayırlar. Fəaliyyətləri Müsavatın birbaşa nüfuzdan salınmasına qarşı yönəlib".

Qeyd edək ki, Tural Abbaslının səsləndirdiyi "Müsavat Partiyasının qurucusu M.Ə. Rəsulzadə sağ olsaydı, onu da partiyadan çıxarardılar" fikirləri "azvision.az" saytında yayılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az