Keçid balları artırıldı - Abituriyentlərin nəzərinə
12 May 2015 13:58 (UTC+04:00)
AzNews.az TQDK-nın saytına istinadən xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklif nəzərə alınaraq 2015/2016-cı tədris ilində aşağıdakı ixtisasların keçid balları artırılıb:
• Geologiya-300 bal;
• Kompyuter elmləri-300 bal;
• Elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi-250 bal;
• İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal;
• İnşaat mühəndisliyi-250 bal;
• Nəqliyyat tikintisi mühəndisliyi-250 bal.