“Ben bilmem, eşim bilir”də iştirak etdiyi üçün AzTV-dən qovulur

12 May 2015 15:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya AzTV-dən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, aparıcı və həyat yoldaşı sözügedən proqramda rəhbərliyin icazəsi olmadan iştirak edib. Buna görə də, AzTV rəhbəri Arif Alışanovun tapşırığı ilə qalib cütlükdən işdən çıxmaları ilə bağlı izahat alıb.

Məsələ ilə bağlı "Qafqazinfo" Vüsalə Səidi ilə əlaqə saxlayıb. O, bu barədə danışmaq istəmədiyini deyib.

Qeyd edək ki, AzTV Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova da səhər saatlarından sözügedən məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsə də, hələ də kanaldan "Qafqazinfo"ya hadisə ilə bağlı heç bir məlumat verilməyib.