İranın yeni səfiri Azərbaycana gəldi

12 Oktyabr 2012 05:43 (UTC+04:00)
İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Möhsün Pak Ayin bu gün Bakıya gəlib.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim etdikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq.

AzNews.az