Quranı yandıran rahibi Kanadaya buraxmadılar

12 Oktyabr 2012 05:58 (UTC+04:00)
Quranı yandıran amerikalı rahib Terri Consu Kanadaya buraxmayıblar. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb Consun 20 il əvvəl Almaniyada olarkən cərimələnməsi və hələ də pulu ödəməməsidir.

Rahibin vəkili bildirib ki, onlar Kanada hökumətinin qərarından məhkəməyə şikayət edəcəklər. Kanada mətbuatında yayılan məlumata görə, Terri Cons Kanadaya "Müsəlmanların məsumluğu" filminin müzakirələrinə qatılmaq üçün gedirmiş.

Qeyd edək ki, bundan əvvəl də Cons filmin Almaniyada nümayişinə qatılmaq istəmişdi. Ancaq ona ölkəyə daxil olmaq üçün icazə verilməmişdi.

Sadiq Musa
AzNews.az