Pakistan prezidenti Azərbaycana gəlir

12 Oktyabr 2012 06:26 (UTC+04:00)
Pakistan prezidenti Asif Əli Zərdari Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı dövlət başçılarının zirvə toplantısında iştirak edəcək. APA-nın məlumatına görə, bunu İslamabadda Pakistan Xarici İşlər Nazirliyin sözçüsü Moazzam Əhməd Xan jurnalistlərə bildirib. Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələri dövlət və hökumət başçılarının zirvə toplantısı Bakıda oktyabrın 16-da keçiriləcək.

Təşkilat 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis olunub. 1992-ci ildə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Əfqanıstan təşkilata qoşulub.

AzNews.az