Prokurorluq baş redaktora xəbərdarlıq etdi

13 May 2015 16:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, bununla bağlı agentliyin rəhbəri Fikrət Fəraməzoğlu Baş Prokurorluğa dəvət edilib və ona "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq qərəzli, reallığa uyğun olmayan, böhtan və təhqir xarakterli məlumatların yayılmasına son qoyulması tələbi qoyulub: "Gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə Fikrət Fəraməzoğluna qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib".