Arif Hacılı sabah mətbuat konfransı keçirəcək

13 May 2015 17:33 (UTC+04:00)
Bu barədə AzNews.az-a Partiyanın başqan müavini, Divan üzvü Səxavət Soltanlı məlumat verib.

Onun sözlərinə görə, mətbuat konfransı saat 14.00-da Müsavat Partiyasının Mərkəzi Qərargahında baş tutacaq.

Konfransda növbəti iqtidar-müxalifət görüşünün detalları müzakirə ediləcək və son günlər Müsavat Partiyasında yaranan vəziyyətlə bağlı Arif Hacılıya ünvanlanan suallara cavab veriləcək.

Qeyd edək ki, KİV nümayəndələri konfransa dəvətlidirlər.

Bahar RÜSTƏMLİ
AzNews.az