900 milyon dollarlıq stadion avtobus parkına çevrildi

13 May 2015 17:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mundialdan sonra digər stadionlar da ağır maliyyə böhranı ilə üzləşib. Braziliyada çempionat oyunlarına 5 minə yaxın azarkeş gəlir ki, bu da stadionun xərclərini qarşılamaq üçün yetərli deyil.

Vəziyyətin ağırlığını nəzərə alan stadion rəhbərliyi arenanı profilinə uyğun olmayan sahələrə yönəltmək məcburiyyətində qalıb.

Şəkildə gördüyünüz bu stadionun ətrafında 400-ə yaxın avtobus yerləşdirilib. Arenada dövlət müəssisələrinin bir neçəsinin ofisi də yerləşir. Milli stadionun bir aylıq xərci təxminən 200 min dollardır.

Manausda tikilən 600 milyonluq stadionun durumu isə daha acınacaqlıdır. Mundialdan sonra stadion, demək olar ki, istifadəsiz qalıb. Yerli komanda bircə dəfə də burada oyun keçirməyib.

Qeyd edək ki, Braziliya dünya çempionatı üçün yeni stadionların tikintisinə, köhnələrin təmirinə 3 milyard dollar vəsait xərcləyib. Hökumət vəd edirdi ki, stadionlar konsertlərin, dövlət tədbirlərinin, idman yarışlarının hesabına xərclərini ödəyəcək.