Məşhurlar pulsuz konsert verəcək

12 Oktyabr 2012 08:09 (UTC+04:00)
Bəzi şou-biznes nümayəndələrinin iştirakıyla pulsuz konsert keçiriləcək. Bu barədə AzNews.az-a konsertin təşkilatçısı Samir Xattab məlumat verib.

O, bildirib ki, konsert proqramı oktyabr ayının 18-də paytaxtın ticarət və əyləncə mərkəzlərinin birində baş tutacaq. Konsertdə Əməkdar artist Ədalət Şükürov, müğənnilər Elçin Şirin, Günay İbrahimli, aktyor Fərda Xudaverdiyev, "Qala" qrupu və başqaları iştirak edəcəklər.

"Hər zaman pulsuz bilet istəyən dost-tanış üçün təmənnasız konsert təşkil etmək fikrində oldum. Təbii ki, sənətçilərin razılığıyla konsert olacaq", - təşkilatçı deyib.

Qeyd edək ki, konsert proqramı saat 19:00-da başlayacaq.

Fuad Mədətov
AzNews.az