Rusiya casusları həbsdə qaldı

12 Oktyabr 2012 08:14 (UTC+04:00)
ABŞ-da Rusiya lehinə casusluqda şübhəli bilinən Aleksandr Fişenko və Viktor Klebanovun məhkəməsi keçirilib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, zaminə buraxılmalarını və Nyu-Yorka köçürülmələrini tələb etsələr də, məhkəmə onların iddiasını rədd edib və həbsdə saxlayıb.

Bununla belə Rusiya vətəndaşları olmayan Svetalina Zaqon və Ludmila Baqdikyan məhkəmə zalından birbaşa zaminə buraxılmışdı.

Qeyd edək ki, Rusiya lehinə casusluqla bağlı 8 nəfər saxlanılıb. Onlar ikili təyinatlı mikroelektron texnologiyaların ölkədən çıxarılmasında ittiham edilir.

Sadiq Musa
AzNews.az