Ukrayna futbolçuları tarix yazdı - VİDEO + FOTOLAR

15 May 2015 09:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, baş tutan iki oyunla finalçılar bəlli olub.

"Qarabağ"la eyni qrupda mübarizə aparan Ukraynanın "Dnepr" klubu "Napoli"ni qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan Dnepropetrovsk klubunun finala çıxmaq üçün yaxşı şansı olub və ukraynalılar bundan yararlanmağı bacarıb.

Güclü yağış altında keçən matçda sevinən tərəf "Dnepr" olub: 1-0.

Avropa Liqasının son qalibi "Sevilya" isə "Fiorentina"nın qonağı olub və özünü heç də qonaq kimi aparmayıb. Oyun yenə də ispanların qələbəsilə sona çatıb: 2-0.

15 may
Avropa Liqası, yarımfinalın cavab oyunları


00:05. "Dnepr" (Ukrayna) - "Napoli" (İtaliya) 1:0
(İlk oyun -1:1)

00:05. "Fiorentina" (İtaliya) - "Sevilya" (İspaniya) 0:2
(İlk oyun 0:3)