WhatsApp-da böyük dəyişiklik

15 May 2015 09:55 (UTC+04:00)

AzNews.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, məşhur mesajlaşma tətbiqi olan WhatsApp-ın dizaynı dəyişib. 800 milyonu ötən istifadəçisi olan dünyanın ən böyük mesajlaşma şəbəkəsinin dizaynında daha çox loqoya uyğun olaraq yaşıl tonlardan istifadə olunub. WhatsApp-ın son yenilənməsi "Android 5.0" versiyası tərəfindən dəstəklənir. Son yenilik "Android" platforması nəzərə alınaraq hazırlanıb.