Əli Həsənovdan iş adamlarının həbsi ilə bağlı - Açıqlama

15 May 2015 12:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Ə.Həsənov jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı araşdırmalar aparıldığını deyib: "Bu həbslərlə bağlı Daxil İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalar, məhkəmələr bu adamların fəaliyyətinin Azərbaycanın qanunvericiliyinə uyğun olub-olmadığını üzə çıxaracaq".

Ə.Həsənov ölkə başçısının iş adamlarını dəstəklədiyini vurğulayıb: "Amma iş adamlarından bircə tələb var ki, Azərbaycan qanunlarına əməl etsinlər".