İndoneziya səfiri: “Ümid edirəm ki, I Avropa Oyunları çox maraqlı olacaq“

15 May 2015 23:00 (UTC+04:00)


Bunu Trend-ə İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto deyib.

Onun sözlərinə əsasən, Azərbaycanın böyük beynəlxalq tədbirlər keçirmək sahəsində geniş təcrübəsi var: "Bu yaxınlarda Bakıda Asiya İnkişaf Bankının illik görüşü, eləcə də "Tour d`Azerbaidjan" veloyürşü keçirildi. Ümid edirəm ki, Oyunlar çox maraqlı olacaq və yarışlarda xeyli yeni rekord müəyyənləşdiriləcək. Belə Oyunlar beynəlxalq yarışlarda iştirak təcrübəsi qazanmaq imkanı olan atletlər üçün xüsusilə vacibdir".