Arvadının gözü qarşısında özünü öldürdü

12 Oktyabr 2012 10:03 (UTC+04:00)


Həyatdan bezən məcburi köçkün intihar edib. Şirvan Rayon Prokurorluğundan verilən məlumata görə, Zəngilan rayonundan məcburi köçkün düşmüş 1948-ci il təvəllüdlü Məlikov Surxay Aslan oğlu arvadının gözü qarşısında özünü bıçaqlayıb.

O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlikov intihar etməzdən öncə həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini deyib. Faktla bağlı cinayət işi başlanıb.

AzNews.az