Bakıda məmurların villaları buldozerə verildi

16 May 2015 21:56 (UTC+04:00)


Virtualaz.org saytının hazırda hadisə yerində olan əməkdaşı xəbər verir ki, indiyə qədər yeni velotrek ətrafında artıq 10-dan artıq dəbdəbəli villa sökülüb.

Villaların və bağ evlərinin söküntüsü hazırda da davam edir. Əraziyə xeyli sayda inşaatçılar və texnika cəlb olunub.

Hakimiyyətin onlarla dəbdəbəli və bahalı villanın sökülməsinə hansı səbəbdən qərar verməsi məlum deyil.

Hadisə yerindən yaxın vaxtlarda geniş reportaj təqdim edəcəyik.