Bulvarda yenilik- FOTOLAR
16 May 2015 22:58 (UTC+04:00)
Publika.az-ın məlumatına görə, xidmət və infrastrukturdakı silsilə yeniliklərə biri də Dənizkənarı Bulvarda əlavə edilib. Belə ki, bulvarda mobil telefonların enerji təchizatını asan və pulsuz yerinə yetirəcək, günəş batareykaları ilə təchiz edilmiş yeni qurğular quraşdırılıb. Yeni qurğular artıq paytaxt sakinlərinin marağını özünə cəlb edib. Əməkdaşımız özü belə yeni xidmətdən yararlanıb və sakinlərin yeni xidmətə olan marağını müşahidə edib.