Türkiyə İraq əməliyyatlarının vaxtını uzatdı

12 Oktyabr 2012 10:36 (UTC+04:00)


Türkiyə parlamenti İraqın şimalında əməliyyatların keçirilməsinə imkan verən qanun layihəsinin vaxtını uzadıb. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, türk ordusu daha bir il İraqın şimalında anti-terror əməliyyatları keçirə biləcək.

Türkiyə mətbuatının yazdığına görə, yeni dəyişikliyə görə, əməliyyatlar 17 oktyabr 2013-cü ilə qədər keçirilə bilər. İraq hökuməti isə gözlənildiyi kimi bu qanun layihəsindən narazı qalıb.

İraq Baş nazirinin sözçüsü Əli əl-Moussavi bildirib ki, Türkiyənin qonşu ölkələrə birbaşa hərbi müdaxiləsi ərazi bütövlüyü pozuntusudur. O, həmçinin əlavə edib: "Türkiyə parlamenti ölkə daxilində baş verən hadisələrlə bağlı qərarlar qəbul etməlidir. Ancaq onlar suveren qonşu ölkələrlə bağlı qərarlar qəbul edirlər".

Sadiq Musa
AzNews.az