Türk səfirin adı “soyqırım” qalmaqalında

12 Oktyabr 2012 10:43 (UTC+04:00)


Türkiyənin Slovakiyadakı səfiri Gülxan Ulutekinin qondarma "erməni soyqırımı"na münasibəti ilə bağlı qalmaqal yenidən gündəmə gəlib.

Erməni mətbuatının yazdığına görə, Avropa Erməni İttifaqları Forumunun sədri Aşot Qriqoryan Slovakiyanın Baş Prokurorluğuna müraciət edərək səfir barədə cinayət işi açılmasını tələb edib. Səbəb isə səfirin "erməni soyqırımı"ni inkar etməsi olub ki, Slovakiyada bununla bağlı cəza nəzərdə tutulur.

Məsələ ilə əlaqədar hüquüu-mühafizə orqanları ilə görüşündə səfir "erməni soyqırımı"nı inkar etmədiyini bildirib. Bu isə erməni mətbuatının səfirin guya, "soyqırımı" tanıdığı barədə məlumat yaymasına səbəb olub.

Elnarə Əlosmanqızı
AzNews.az