“İlk Avropa Oyunları Azərbaycanın dünyaya növbəti töhfəsidir“

17 May 2015 19:46 (UTC+04:00)


Bu barədə Trend-ə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri deyib.

N.A.Al-Nasseri Azərbaycanın dünyada irəli sürdüyü təşəbbüsləri alqışladığını bildirib: "Mən Azərbaycan dövlətinin dünyada irəli sürdüyü təşəbbüslərini alqışlayıram. Azərbaycanın mədəniyyətlərarası dialoq ilə yanaşı, idman sahəsinə də mühüm işlər görür".

Qonaq qeyd edib ki, idman da insanları bir araya gəritir: "Mən bura gələrkən Azərbaycanın ilk Avropa Oyunları kimi möhtəşəm bir tədbirə necə yüksək səviyyədə hazırlaşdığının şahidi oldum. Bu Oyunlar dünyada sülhü, tolerantlığı təşviq edəcək. Bu böyük bir təşəbbüsdür və mən Azərbaycana uğurlar arzu edirəm".

N.A.Al-Nasseri bildirib ki, Azərbaycan ümumilikdə beynəlxalq ictimaiyyətə, dünyada sülhün və təhülkəsizliyin, sabitliyin təmin olunmasına böyük töhfələr verir, mədəniyyətlər arasında dialoqu təşviq edir və köröülərin qurulmasına imkan yaradır: "İlk Avropa Oyunları da Azərbaycanın dünyaya verdiyi növbəti bir böyülk töhfədir".

N.A.Al-Nasseri əlavə edib ki, bu Oyunlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq.