Türkiyənin baş prokuroru Xalça Muzeyində- FOTOLAR

17 May 2015 23:51 (UTC+04:00)


Muzeydən verilən məlumata görə, qonaqlar qədim Azərbaycan xalçalarına böyük maraqla baxıb, burada yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Ətraflı məlumata görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya minnətdarlığını bildirən Hasan Erbil deyib: "Burada yaradılan şəraiti və xalçaları çox bəyəndim. Çünki buradakı sənət inciləri bizə daha yaxındır. Həyat yoldaşım Huriyyə xanım da xalça toxumaqla məşğul olduğu üçün bu sənət nümunələri mənim üçün daha çox maraq kəsb edir".