Dövlət Departamenti: “Türkiyə təyyarəni yoxlamaqda haqlıdır”

12 Oktyabr 2012 10:57 (UTC+04:00)
ABŞ Ankara Hava Limanında saxlanılan Rusiya təyyarəsi ilə bağlı açıqlama verib.
AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Katibinin sözçüsü Viktoriya Nuland bildirib ki, ABŞ Türkiyə hökumətinin qərarını dəstəkləyir.

"Təyyarənin yoxlanılması ilə bağlı Türkiyə hökumətinin qərarını dəstəkləyirik. İndiki məqamda Suriya rejiminə silah göndərilməsi çox təhlükəlidir. Biz Türkiyə hökumətindən təyyarədə nələrin aşkarlanması ilə bağlı məlumat gözləyirik".

Sadiq Musa
AzNews.az