Ellada Məmmədlidən Müsavatdan çıxarılması xəbərinə Reaksiya

18 May 2015 10:00 (UTC+04:00)

O, AzNews.az-a deyib ki, partiyanın Xətai Rayon Təşkilatının Şura İclasının onunla bağlı çıxartdığı qərardan şikayət etməyəcək.

E.Məmmədli fəaliyyətini bundan sonra Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini kimi davam etdirəcəyini bildirib.

O, partiya sıralarından çıxarılmağına baxmayaraq canı və qanı ilə musavatçı olduğunu da vurğulayıb.

Qeyd edək ki, Ellada Məmmədli Müsavatın üzvlüyündən dünən xaric edilib. Onunla bağlı qərar partiyanın Xətai rayon təşkilatının keçirdiyi Şura iclasında verilib. Ellada Məmmədlinin partiyadan çıxarılmasına səbəb kimi onun Xətai rayon təşkilatının üzvlərinə Azərbaycan Demokratiya və Rifah hərəkatına keçməyi təkid etməsi göstərilib.

Lalə
AzNews.az