Nərimanovda Avropa Oyunları ilə bağlı tədbir keçirildi – FOTOLAR

18 May 2015 12:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, layihənin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyin baş katibi Ağamir Ağamirov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və rayonun fəal gəncləri iştirak edib.

Layihənin keçirilməsində məqsəd "Bakı 2015 - Avropa Oyunları"na daxil olan idman növlərinin təbliği, gənclərin maarifləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, yeniyetmə və gənclərin idmana cəlb edilməsi olub.

Xatırladaq ki, "Bakı 2015 - Avropa Oyunları: İdman Tarixinin Yeni Mərhələsi" adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Layihə 10 gün davam edib və rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində keçirilibr. Ümumilikdə layihədə 1000 nəfərdən çox gənc iştirak edib.