Müğənnimiz bütün günü qızlarla... – FOTO

12 Oktyabr 2012 16:10 (UTC+04:00)
Müğənni Əkbər Əliyev yeni klipinin çəkilişlərini başa çatdırıb. Bu barədə AzNews.az-a danışan müğənni bildirib ki, sözləri və musiqisi Leyli İsrafilovaya məxsus olan "Sənsizlik" mahnısına çəkilən klip gecə saatlarında paytaxt küçələrində baş tutub:

"Hamı Leyli İsrafilovanı şairə kimi tanıyırdı, amma o, bu mahnını məxsusi mənim üçün yazıb. Mahnı çox gözəldir... klipdə milli heç nə yoxdur. Bu klip xarici kliplərdən heç nə ilə seçilmir. Klip çəkilişləri Bakıda aparılıb və gecə saat 1-dən, səhər saat 8-ə kimi çəkiliş olub".

Müğənni onu da qeyd edib ki, rejissor İlham Yaşaroğlunun ekranlaşdırdığı klipdə iki model rol alıb. Klipin gecə saatlarında çəkilməsinin səbəbini isə müğənni belə izah edib:

"Klipdə iki model Zülfü Hacı və Cessika çəkilib. Bu yaxınlarda klipi təqdim edəcəyəm. Mahnının adı "Sənsizlik" olduğu üçün klipi gecə çəkməyi məsləhət bildik. Çünki sənsizlik, tənhalıq deməkdir. İnsan adətən gecələr özünü tənha hiss edir".

Heç kimin izləmədəyi klipin ilk görüntülərini təqdim edirik.

Fuad Mədətov
AzNews.az