Türkiyәli hakim Çempionlar Liqasının finalında

18 May 2015 22:26 (UTC+04:00)


AzNews.az apasport.az-a istinadən xəbər verir ki, möhtəşəm finalı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək.

Məsuliyyətli sınaqda Çakıra Bahaddin Duran və Tarık Engin yardımçı olacaq.

Matçın dördüncü hakimi isə isveçli Yonas Erikson təyin olunub.

Qapı arxası hakimlər də türklər olacaq. Hüseyn Göçek və Barış Şimşək Cüneyt Çakırın qapı arxasındakı "gözü – qulağı" olacaqlar.

Ehtiyat hakim isə Mustafa Eysoy olacaq.

Xatırladaq ki, Çakır bu mövsüm Çempionlar Liqasında 4 oyun idarə edib, 16 sarı, bir qırmızı vərəqə göstərən türk hakim, iki dəfə də komandaları penalti ilə cəzalandırıb.

Qeyd edək ki, Berlində "Olimiaştadion"da oynanacaq final oyunu iyunun 6-da baş tutacaq.