Yevlax və Göygöldə yanğın oldu

18 May 2015 23:19 (UTC+04:00)


AzNews.az-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Bünyadabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Göygöl rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan koməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az