Cəlilabadda birmərtəbəli ev yandı

19 May 2015 09:48 (UTC+04:00)

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxində lambirdən ibarət tavan 8 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.