Bu boşanmalar dünyanın marağında

12 Oktyabr 2012 14:01 (UTC+04:00)
AzNews.az dünyada səbəblərindən dolayı böyük marağa səbəb olan boşanmaları təqdim edir:

Bunlardan birinci yerdə dayanan adi bosniyalı ər və arvad, 32 yaşlı Adnan Klariç və 27 yaşlı Sananın boşanmasıdır. Onlar internetdə başqa kişi və qadınla tanış olublar. Amma onların bəxti gətirməyib - "Şirni" və "Sevinc şahzadəsi" adları altında onlar yenidən bir-birilərini tapıblar. Ehtiraslı onlayn danışıqlardan sonra "Şirni" və "Sevinc şahzadəsi" reallıqda görüşərək arzularını həyata keçirmək qərarına gəlirlər. Amma görüş zamanı dəhşətli məyusluqla üzləşiblər. Nəticədə, onlar bir-birini xəyanətdə günahlandıraraq boşanıblar. Maraqlıdır ki, Çində baş verən analoji hadisə isə çoxbəxt sonluqla başa çatıb. Ər və arvad gizli görüş zamanı görüşəndə, bir-biriləri üçün yarandıqları və bir yerdə qalmaları barədə qərar veriblər.

2-ci sıradakı əhvalat isə belə olub. 55 yaşlı alman fermeri Volfqanq Zober internetdə 38 yaşlı Pendi Viktoriya adlı qadınla tanış olub. Qadın şəkillərdə çox gözəl olub. Həyatda isə bundan da gözəl təsir bağışlayıb. Ancaq nikah gecəsi məlum olub ki, Rendi tam qadın deyil. Daha doğrusu, heç qadın deyil! Ralf (qadının əsl adı belə olub) kişi çıxıb və onun 2 uşağı varmış...

Növbəti boşanma faktında isə öyrənirik ki, ABŞ-ın Klivlend şəhərində yaşayan mister Danielsonun həyat yoldaşı detektiv romanlarını sevirmiş. Amma onun "əclaf" əri hər dəfə kitabın 30-cu səhifəsində qatilin adını yazırmış. Əlbəttə ki, qatilin adını bilən qadının kitabı oxuyub başa çatdırmağa həvəsi qalmırmış. Bu "ənənəni" eşidən məhkəmə hakimi qadının tərəfini tutub və onun həyat yoldaşını "son dərəcə incə şəkildə hazırlanan qəddar davranış"da ittiham edərək onların nikahını pozub.
Maraqlılığı ilə 4-cü yeri tutan boşanmada isə, ingilis futbol fanatı Nil Dyüxart məhkəməyə boşanmaq istəyini belə izah edib - həyat yoldaşı onun üzərində futbolçuların imzası olan sevimli köynəyini yuyub. Məhkəmə qadını vandallıqda günahkar bilib və Nilin istəyini yerinə yetirib.

Nəhayət, 5-ci faktı diqqətinizə çatdırırıq. 67 yaşlı rumıniyalı təqaüdçü Sandu 47 yaşlı qadınla evlənir. Onlar 8 ay çox xoşbəxt yaşayıblar. Amma 9-cu ayda qadının sevimli pişiyi bir-birinin ardınca ərinin sevimli tutuquşularını yeyir. Bu da onların ayrılmasına səbəb olub.

Sevinc Fədai
Aznews.az