Yanan bina ilə bağlı daha bir xəbər: “Sakinlərin çoxu çıxa bilmir”

19 May 2015 13:02 (UTC+04:00)

Bu haqda AzNews.az-a hadisə yerində olan şahidlərdən biri deyib.

Onun sözlərinə görə, yanğın başlayan kimi 10-cu mərtəbədən aşağıda yaşayanların hamısı binadan çıxmağı bacarıb: "10-cu mərtəbədən yuxarıda yaşayanlar isə çölə çıxa bilmirlər. Onlar hələ də öz evlərindədir".