Gənc qızın ölümünə görə polislər həbs edildi

19 May 2015 16:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Fərxundə adlı 28 yaşlı qız Quranı yandırmaqda günahlandırılaraq ölənə qədər döyülüb. Şahidlər isə onun Quranı yandırmadığını bildirir.

Bu ayın əvvəlində dörd nəfər qətlə görə ölüm cəzasına məhkum edilib. Digər səkkiz nəfərə isə həbs cəzası kəsilib.

Hadisə qadınlara münasibətlə bağlı geniş etirazlara səbəb olub.
Məsələdə təqsirli bilinən digər yeddi polis işçisi isə çərşənbə axşamı bəraət alıb.

Fərxundə Şah-Du-Şəmşirə ziyarətgahında qadınlara gözmuncuğu satan satıcı ilə mübahisə edib. Ölüm hökmü alan şəxslərdən biri də həmin muncuq satandır.

Mübahisə zəminində Fərxundə Quranı yandırmaqda ittiham edilib və ətrafdakı izdiham bunu eşidərək ona hücum edib.

Məhkəmədəki çıxışları zamanı təqsirləndirilən şəxslərdən bəziləri hadisəyə cəlb olunduqlarını etiraf ediblər.

Müstəntiq bildirib ki, Fərxundənin Quranı yandırmasına dair heç bir dəlil yoxdur.