Bakıdakı yanğınla bağlı şirkət rəhbəri tutuldu

19 May 2015 17:24 (UTC+04:00)

Bu barədə AzNews.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış "Global Construction" şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, bu gün saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində 16 nəfər dünyasın dəyişib.

Faktla bağlı cinayət işi açılıb.