İran səfiri Bakıdakı yanğınla əlaqədar başsağlığı verdi

19 May 2015 17:34 (UTC+04:00)

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildirir.

M.Pakayin bu ağrılı hadisə ilə bağlı başsağlığı verərək, dost və qardaş ölkə olan Azərbaycan xalqına, xüsusilə, yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına Uca Tanrıdan səbr diləyir.