Gürcüstan səfiri Bakıdakı yanğınla əlaqədar başsağlığı verdi

19 May 2015 20:29 (UTC+04:00)


Trend-in məlumatına görə, səfir bildirib: "Gürcüstan xalqı, ölkə hökuməti və səfirliyin adından Azərbaycan xalqına, yanğında ölən və xəsarət alanların yaxınlarına başsağlığı verirəm. Ümid edirəm ki, bu cür faciə bir daha təkrarlanmayacaq".

Qeyd edək ki, yanğın nəticəsində 14 nəfər ölüb, 34 nəfər xəstəxanalara yerləşdirilib.