“Xəstəxanaya düşənlərin, vəfat edənlərin ailələrindən üzr istəyirəm“

19 May 2015 23:01 (UTC+04:00)
Mən də prezidentin sərəncamı ilə yaradılan dovlət komissiyasının üzvüyəm. Sakinlərə demək istəyirəm ki, dəymiş bütün maddi və mənəvi ziyan ödənəcək". Publika.az xəbər verir ki, bu barədə bu gün Bakıda yanan binanın sakinləri ilə görüşündə Bakı meri Hacıbala Abutalıbov deyib. Hacıbala Abutalıbov zərərçəkən sakinlərə öz mobil telefon nömrəsini verərək onların problemləri ilə şəxsən maraqlanacağını deyib. İcra başçısı həmçinin qeyd edib ki, yanan bina yenidən tamamilə təmir olunaraq sakinlərə təhvil veriləcək.