Sabir Rüstəmxanlının doğum günüdür - 69

20 May 2015 10:00 (UTC+04:00)

Tarixdə bu gün - mayın 20-də 1992-ci ildə Ermənistan silahlı qüvvələri Şuşa və Laçının işğalından sonra Azərbaycanın bütün sərhədboyu yaşayış məntəqələrinə hücumları genişləndiriblər. Zəngilan rayonunun Qazançı kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşının ermənilər tərəfindən silahlı basqına məruz qalması nəticəsində 2 azərbaycanlı həlak olub, 2 nəfər yaralanıb.

526 — Suriyada 300 min adam zəlzələ nəticəsində həlak olub.

1526 - Səyyah Xristofor Kolumb vəfat edib.

1742 - Rus səyyah Çelyuskin Avrasiyanın ən şimal nöqtəsinə çatıb. Bu ərazi sonradan onun şərəfinə Çelyuskin burnu adlandırılıb.

1746 - Haiti inqilabının rəhbərlərindən olan Tussən Luvertür anadan olub.

1799 - Fransız yazıçı, dramaturq Onore dö Balzak anadan olub.

1802 - Fransız koloniyalarında köləlik bərpa edilib.

1804 - Rus bəstəkar Mixail Qlinka anadan olub.

1884 - Görkəmli ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə anadan olub. "Molla Nəsrəddin" jurnalında məqalə və şeirləri dərc olunub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. "Azərbaycan ədəbiyyatının qaynaqları" kitabını yazıb.

1900 - Parisdə 2-ci Olimpiya oyunları başlayıb.

1902 - Kuba İspaniyadan müstəqilliyini elan edib.

1904 -Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) Şamaxı qəzasının Basqal kəndində doğulub. "Yoxuşlar", "Müharibə", "Dostluq qalası", "Tərs adamlar", "Dünya qopur" və s. romanların müəllifidir.

1907 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (1907 - 2.8.1969) Lənkəranda doğulub. Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.

1920 - Bakıda Əli Bayramov adına Mərkəzi Qadınlar Klubu açılıb. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun təşəbbüsü ilə milyonçu Murtuza Muxtarovun evində (indiki "Səadət" sarayının binası) yaradılan kluba Ceyran Bayramova rəhbərlik edirdi. Mədəniyyət müəssisəsi respublikada qadınlar arasında mədəni-maarif işində mühüm rol oynayıb. Bir sıra tanınmış aktyor və müğənnilər sənətdə ilk addımlarını burada atıblar. Vaxtilə klubun filialı olmuş İsrafil Əbilov adına Mədəniyyət mərkəzi (Bakının Yasamal rayonu) bu gün də fəaliyyət göstərir.

1921 - Bakıda Əli Bayramov adına qadın klubu fəaliyyətə başlayıb. Klub indiki Səadət sarayında yerləşirdi.

1927 - İngiltərə Səudiyyə Ərəbistanının müstəqilliyini tanıyıb.

1946 - Xalq şairi, publisist, tərcüməçi, ictimai-siyasi xadim Sabir Xudu oğlu Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. "Gəncə qapısı", "Sağ ol, ana dilim", "Qan yaddaşı", "Ömür kitabı", "Atamın ruhu", "Xətai yurdu" və s. kitabların, "Cavad xan" filminin (2009) ssenari müəllifidir. 1990-cı ildən Azərbaycan parlamentinin deputatıdır.

1965 - Moskvada Domodedovo aeroportu açılıb.

1972 - Kamerun Respublikası elan edilib.

1980 -Kvebek əyalətində referendum zamanı əhalinin 60%-i Kanadanın tərkibindən çıxmağı rədd edib.

1991 - SSRİ vətəndaşlarının xaricə getməsinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

1992 - Ermənistan silahlı qüvvələri Şuşa və Laçının işğalından sonra Azərbaycanın bütün sərhədboyu yaşayış məntəqələrinə hücumları genişləndiriblər. Zəngilan rayonunun Qazançı kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşının ermənilər tərəfindən silahlı basqına məruz qalması nəticəsində 2 azərbaycanlı həlak olub, 2 nəfər yaralanıb.

1993 - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Komitəsi arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

2002 - Şərqi Timor müstəqillik əldə edib.

2009 - Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfərə gəlib.