Heydər Əliyev Mərkəzi konsertləri təxirə saldı - Yanğına görə

20 May 2015 16:30 (UTC+04:00)

Mərkəzdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar, Muğam Televiziya Müqabiqəsinin final mərhələsinə həsr olunan konsert Heydər Əliyev Mərkəzində mayın 29-da keçiriləcək.

Eyni zamanda, əməkdar artist Tünzalə Ağayevanın mayın 22-də və 23-də Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti mayın 31-də və iyunun 1-də keçiriləcək. İndiyədək konsertə alınmış biletlər etibarlı sayılır. Mayın 22-si üçün alınmış biletlər mayın 31-i, mayın 23-ü üçün alınmış biletlər isə iyunun 1-də qüvvədədir.

Əlavə məlumatı Mərkəzin kassasından (tel: +012 505 60 03) almaq olar.