Orduda «dedovşina» ŞOK!

12 Oktyabr 2012 19:30 (UTC+04:00)
Türkiyənin yüzlərlə əsgəri hərbi xidmət müddətində "dedovşina" kimi qiymətləndirdiyimiz müxtəlif aşağılayıcı hərəkətlərə məruz qalıblar. 168.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin çağırışçıların hüquqlarının müdafiə komitəsi yayıb. Komitə hesabatına 432 əsgərin şahid ifadəsini daxil edib.

Hesabat müəlliflərindən biri olan hüquq müdafiəçisi Tolqa İslam bildirib ki, göstərilən faktlar Türkiyə ordusundakı problemlərin ən yükmək həddidir.

Qeyd edək ki, Türkiyədə hərbi xidmət müddəti 6 aydan 18 ayadək ola bilər. Ölkə qanunvericiliyinə görə, ordunun tənqidi hüquq pozuntusu kimi qiymətləndirilir. Onu da deyək ki, bir vaxtlar Türkiyə ordusu Avropanın ən nizam-intizamlı ordusu sayılırdı.

AzNews.az