“Anji”nin daha bir üzvü milli komandamızda

12 Oktyabr 2012 19:39 (UTC+04:00)
Oktyabrın 17-dən 21-ə qədər Bakı şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

AzNews.az Fanat.az-a istinadən xəbər verir ki, artıq toplanışa dəvət olunan futbolçuların siyahısı açıqlanıb.

Toplanışa 22 futbolçu çağırılıb. U-16-ya 6 klubdan futbolçu dəvət edilib. Belə ki, "Qəbələ" və "Bakı"nın 7, "Neftçi"nin 5, "Qarabağ", "Rəvan" və "Anji"nin 1 üzvü toplanışa çağırılıb. Yığmadakı yeganə legioner "Anji"nin üzvü Şahban Cəbrayılovdu.

Elman Bakuvi
AzNews.az