“Barselona”nın rəqibi “Yuventus“ İtaliya kubokunu qazandı – VİDEO

21 May 2015 09:55 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının finalında İspaniyanın "Barselona" klubunun rəqibi olan "Yuventus" həlledici görüşdə "Latsio" komandası ilə üz-üzə gəlib.

İtaliya A Seriyasının qalibi olan "Yuventus" mövsümü üç kubokla başa vurmağa yaxındır. Bunun üçün Turin təmsilçisi A Seriyasının ardından ölkə kubokunu da qazanmalı idi.

Matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. 97-ci dəqiqədə daha bir dəfə fərqlənən "Yuventus" kuboku başı üzərinə qaldırıb - 2:1.

20 may
İtaliya kuboku, final

"Yuventus" - "Latsio" - 2:1

Qollar: Radu, 4 (0:1), Kyellini, 11 (1:1), Matri, 97 (2:1)