Rüştü yenidən Beşiktaşda
12 Oktyabr 2012 19:45 (UTC+04:00)
"Beşiktaş"ın qapıçısı Rüştü Rəcbər futboldan uzaqlaşdıqdan sonra öz klubunda qalmaq istəyir. AzNews.az Fanat.az-a istinadən xəbər verir ki, Fanat.az xəbər verir ki, qolkiperə dəstək olan klub prezidenti Fikrət Orman Rüştüyə qapılarının açıq olduğunu bildirmişdi.
Qolkiper karyerasın başa vurduqdan sonra "ağ-qaralar"a kömək etmək istədiyini bildirib: "Fikrət Ormana təklifi üçün təşəkkür edirəm. Vida matçımı da "Beşiktaş"da keçirmək istərdim. Karyeramı başa vurduğum zaman komandaya dəstək olmaq istəyirəm".
Elman Bakuvi
AzNews.az