Kreml Çeçenistanda yeni müharibəyə hazırlaşır – İddia (VİDEO)

21 May 2015 10:36 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Yeni region" qəzeti "Ukrayna-çeçen dostluğu" ictimai təşkilatının həmtəsisçisi, siyasətçi Əhməd Əlihacıyevə istinadən yayıb.
Əhməd Əlihacıyev keçirdiyi mətbuat konfransında bildirib ki, çeçen xalqının 3-cü dəfə genosidə məruz qalması üçün Ramzan Kadırov gərgin fəaliyyətə başlayıb: "Rəsmi Moskva Qərb üçün belə bir mənzərə yaradır ki, guya çeçen xalqı Avropaya inteqrasiya edə bilmir. 3-cü müharibə olacağı təqdirdə isə deyəcəklər ki, bu, Rusiyanın daxili işidir".