Ermənistan və Belarusdan Rusiyaya dəstək – Riqada Krım qalmaqalı

21 May 2015 10:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Sənədin ilkin variantındakı "Krımın qeyri-qanuni ilhaqı" ifadəsi üzrə Minsklə Yerevanın mövqeyinə görə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan və Belarus) mövqeyi ayrı-ayrılıqda ifadə olunan kompromis bəyanat hazırlanmalıdır.

Bəyanatda deyiləcək ki, Avropa İttifaqı Krımın Rusiyaya birləşməsini pisləyir. Bundan başqa, sənəddə keçmiş altı sovet respublikalarının BMT-də Krım referendumunu pisləyən qətnamə üzrə səsvermə zamanı ifadə etdikləri mövqeləri əks etdiriləcək.

Ermənistan və Belarus Rusiyanın mövqeyini dəstəkləyib.

Bəyanatın ilkin varinatı bu gün nəzərdən keçiriləcək.

Şərq Tərəfdaşlığı ölkələrinin dördüncü sammiti Riqada mayın 21-də açılır və iki gün davam edəcək.

Proqrama qatılan 6 ölkədən üçü – Ukrayna, Moldova və Gürcüstan – 2014-cü ildə Avropa İttifaqı ilə assosiasiya müqaviləsini imzalayıblar.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Riqa sammitində iştirak etmir.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, anti-Azərbaycan ovqatının genişləndiyi Qərblə strateji tərəfdaşlıq mümkünsüzləşir: "Azərbaycan hakimiyyəti 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, l Avropa Oyunlarına bir neçə gün qalmış da Avropa Parlamentinin Azərbaycana qarşı yeni qətnamə qəbul edəcəyi barədə məlumat alıb. Prezident İlham Əliyev də məhz bu amilləri nəzərə alaraq Riqa sammitində iştirakdan imtina edib".