Amerikalı ekspert: “Putin Ermənistanı Azərbaycana qurban verəcək“

21 May 2015 11:11 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, AZADİNFORM-un sorğusunu cavablandıran amerikalı siyasi ekspert Paul Goble bildirib ki, bu prosesdə əsas oyunçu Putindir və sülh istəmir: "İnanmıram ki, növbəti görüş və ya digər görüşlər Dağlıq Qarabağa sülh gətirəcək. Hesab edirəm ki, ən vacib oyunçu Putindir və o, sülh istəmir".

Ekspert hesab edir ki, Azərbaycan Rusiyanın "peyki" olmaq üçün razılıq verərsə, Putin Azərbaycanla münasibətləri möhkəmləndirmək üçün Ermənistanla əlaqələrini qurban verəcək.